Ordu.az Unn.com.ua saytına istinadən xəbər verir ki, bu barədə beynəlxalq “Bellingcat” ekspert-jurnalist qrupunun Şərqi Avropa və Avrasiya məsələləri üzrə analitiki Arik Toler özünün “Twitter” hesabında məlumat yerləşdirib.
“Hazırda ABŞ rəhbərliyinin “Javelin” tank əleyhinə raket komplekslərinin Ukraynaya satılması məsələsi ətrafında çox söz-söhbət var, lakin Donbasdakı cəbhə xəttində “Azov” polku artıq ABŞ-da hazırlanan ölümcül silaha malikdir”, - deyə analitik bildirib.
Xatırladaq ki, yanvarın 2-də Ukrayna prezidenti Petro Poroşenko ABŞ-ın ölümcül silahını Ukraynaya satacağına dair razılaşmanın əldə olunduğunu bəyan edib.
Ordu.az