“Knyaz Vladimir”in sınaqları baş tutacaq

2018/01/4235345_1515484669.jpg
Oxunub: 2842     15:56     09 Yanvar 2018    
Rusiyanın Şimal donanmasının şəxsi heyəti yeni gəmilərin sınaqdan keçirilməsində iştirakını davam etdirir.

Ordu.az Armstrade.org saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Şimal donanmasının mətbuat xidməti məlumat yayıb.

Şimal donanmasında bu dəfə “Borey-A” layihəsinin “Knyaz Vladimir” strateji raket daşıyıcısının sınaqdan keçirilməsi planlaşdırılır.

Prioritet məsələlərdən biri Arktikada infrastrukturun mükəmməlləşdirilməsi və inkişafı, donanmanın qüvvə və qoşunlarının yüksək olaraq qalmasının təmininə yönələn fəaliyyət olaraq qalır.

“Knyaz Vladimir” 4-cü nəsilə aid strateji təyinatlı sualtı raket kreyseridir. Bu, 955 “Borey” layihəsinin 4-cü və 955A “Borey-A” modernləşdirilmiş layihəsi üzrə qurulan ilk gəmidir.

Qeyd edək ki, “Knyaz Vladimir” ilk üç gəmidən modernləşdirilməsi, daha səssiz olması ilə fərqlənir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Knyaz-Vladimir   Borey-A  


Bizi "telegram"da izləyin