Niyə Moskva və NATO İrəvanı yox, Bakını seçdi? – ÖZƏL

2018/01/gerasimov_skaporotti_2_1515477601_4546448865.png
Oxunub: 2471     15:27     09 Yanvar 2018    
Vyaçeslav Tixonov
Hərbi icmalçı
Xüsusi olaraq Ordu.az üçün


Rusiya Baş Qərargahının rəisi Valeri Gerasimovun NATO Birləşmiş Silahlı Qüvvələrinin Avropadakı baş komandanı, general Körtis Skaparrotti ilə nəzərdə tutulan görüşünə ilkin baxış keçirək, o cümlədən görüşün gündəmini və keçirilmə coğrafiyasını analiz edək.

Görüş tamamilə gözləniləndir və özündə fövqəladəlik daşıyır. Hələ ötən ilin oktyabrında Vaşinqtonda NATO Hərbi komitəsinin sədri, çex generalı Petr Pavel jurnalistlərə Rusiya və Şimal Atlantik Təşkilatının münasibətləri bərpa etmək barədə ilk addımları ata bildikləri haqqında məlumat verib. Ardınca isə o, NATO-nun Moskva ilə həm siyasi, həm də hərbi əlaqələri bərpa etmək niyyətində olduğunu bəyan edib. Bu addımlar nədən ibarətdir?

İlk növbədə, hələ 7 sentyabr 2017-ci ildə Valeri Gerasimov və NATO Hərbi komitəsinin sədri Petr Pavel görüş keçirdilər. Xatırladaq ki, bu görüş də Bakıda keçirildi. Görüş çərçivəsində tərəflər arasında əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub.

Bir həftə sonra – 14 sentyabr 2017-ci ildə NATO tərəfinin təşəbbüsü ilə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Vleri Gerasimovla NATO Birləşmiş Silahlı Qüvvələrinin baş komandanlığının generalı Körtis Skaparrotti arasında telefon danışığı baş tutub.

Daha öncə - 2017-ci ilin fevralında NATO Baş Qərargah rəisi Co Danford rusiyalı həmkarı ilə görüşüb. Yenə də Bakıda və yenə də görüş çərçivəsində tərəflər arasında müxtəlif format və fərqli səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə qənaətə gəlinib.


Hesab edirəm ki, görüşün gündəliyi də yetərincə məlumdur. ABŞ və NATO-nun son illərdə Rusiya ilə qarşılıqlı əlaqə baxımından problemlərinin sayı yetərincə nəhəngdir və onların həlli üçün sadəcə üç görüş deyil, xeyli sayda belə görüş və bir neçə il gərgin iş lazımdır. Deyəsən, artıq bu istiqamətdə işlər başlayır...

Niyə bu danışıq prosesləri Bakıda keçirilir? Əlsində, bizim nəhəng planetimizdə belə görüşlərin davamlı olaraq keçirilə biləcəyi o qədər də çox yer yoxdur. Öz zamanında bizim okeanın o tayındakı müttəfiqlərimiz və onların avropalı protektorları Valeri Gerasimovu “sanksiya” siyahlarına əlavə etməklə Rusiya ilə danışıqların keçirilməsi üçün ölkələrin sayını yalnız Gerasimov üçün deyil, özləri üçün də məhdudlaşdırıblar. KTMT üzrə Rusiya ilə müttəfiq ölkələr belə görüşlərin keçirilməsi üçün NATO-nu razı salmayacaq, məntiqə uyğun olaraq, NATO ölkələri də öz növbəsində Rusiyanı qane etməyəcək.

Digər tərəfdən isə Rusiya Baş Qərargah rəhbərinin Brüsselə dəvət olunması NATO üçün özünün açıq üzrxahlıq mənalı uzaqgörən olmamasının etirafı kimi görünərdi. Qorxuram ki, NATO buna hazır deyil. NATO generallarını Moskvaya dəvət etmək isə Rusiyada deyildiyi kimi, şərəf məsələsidir. Bakı hər kəs üçün daha uyğundur.

Tərcümə etdi: Ağalar Qəribov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Moskva   Bakı  


Bizi "telegram"da izləyin