Puşkov: “ABŞ-ın Asiyadakı təsiri göz önündə azalır”

2018/01/01_4f44Kwr3453_1515481990.jpg
Oxunub: 1576     15:10     09 Yanvar 2018    
“Birləmiş Ştatların Asiyadakı təsiri öz gücünü itirir”.

Ordu.az Svpressa.ru saytına istinadən xəbər verir ki, bu barədə rusiyalı senator Aleksey Puşkov öz “Twitter” səhifəsində məlumat yerləşdirib.

“Tramp administrasiyası Pakistanla dalaşaraq ona sanksiyalarla hədə-qorxu gəldiyi müddətdə Çin orada özünün hərbi bazasını tikməyə hazırdır. ABŞ-ın Asiyadakı təsiri göz önündə azalır”, - deyə Puşkov bildirib.



Qeyd edək ki, rusiyalı senator daha öncə ABŞ-ın Rusiya və Çinlə bacaracağına şübhə etdiyini bildirirdi. Amerikanın yeni milli təhlükəsizlik strategiyasını isə Puşkov sosial şəbəkədə belə şərh edib: “Həm Rusiya, həm də Çinin əsas rəqiblər kimi elan edilməsi ABŞ-ın sülh yolu üçün yaxşı heç nə vəd etmir. Bu, güclü tandemdir – ABŞ onun öhdəsindən gələ bilməyəcək”.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Puşkov  


Bizi "telegram"da izləyin