Rusiya Dövlət Qvardiyası dronlarla mübarizə üzrə bölmə yarada bilər

2018/01/1412156234234_1515477835.jpg
Oxunub: 1500     14:02     09 Yanvar 2018    
“Rusiyanın xüsusi təyinatlı bölmələrində xüsusilə mühafizə olunan obyektlərdə PUA-larla mübarizə üzrə xüsusi qruplar yaradıla bilər”.

Ordu.az “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Qvardiyasının direktor müavini Sergey Məlikov bəyan edib.

“Biz PUA-larla mübarizə üçün ekspertimental texnikanın sınaqdan keçirilməsi məqsədilə xüsusi təyinatlı qruplarımızın tərkibində ayrıca bölmə yaradılmasına dair müzakirələr aparırıq”, - deyə Məlikov bildirib.

O qeyd edib ki, yeni bölmənin yaradılması Rusiya Federal Təhlükəsizlik Xidməti, Federal Mühafizə Xidməti və Müdafiə Nazirliyi ilə müzakirə olunur.

“Qurumlar istənilən tip və istənilən effektivliyə malik PUA ilə mübarizə apara biləcək texnikanın yaradılması üzərində çalışır”, -deyə Məlikov vurğulayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PUA   Rusiya  


Bizi "telegram"da izləyin