“SpaceX” ABŞ-ın gizli peykini orbitə çıxara bilmədi

2018/01/4627872565_1515476643.jpg
Oxunub: 3152     13:43     09 Yanvar 2018    
“Zuma” kodu ilə fərqləndirilən və dekabrın 7-də “SpaceX” şirkətinin“Falcon 9” raket daşıyıcısı ilə buraxılan ABŞ-ın gizli peyki raket orbitinə çata bilməyib və okeana düşərək dağılıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Məlumat raketin buraxılmasının uğursuz olması barədə məlumatlandırılan ABŞ-ın səlahiyyətli şəxsləri tərəfindən verilib.

“Zuma” vaxtı çatdığında ya daşıyıcının ikinci pilləsindən aralana bilməyib, ya nəzərdə tutulan orbitə çatmadan, ya da okeana düşdükdən sonra dağılıb.

ABŞ Silahlı Qüvvələri artıq peykin balansdan çıxdığını təsdiqləyib.

“Reuters”in məlumatına görə, artıq baş verən məsələ ilə bağlı araşdırma başlanılıb. İlkin məlumatlara görə, peykin kiminsə diversiyası və ya müdaxiləsi nəticəsində sıradan çıxarıldığı bildirilir.

“SpaceX” şirkəti isə hadisəni şərh etməkdən boyun qaçırıb.

“Biz bənzər növ missiyaları şərh etmirik. Lakin məlumatların analizi göstərir ki, “Falcon 9” normal şəkildə işləyirdi”, - deyə şirkətin nümayəndəsi Ceyms Qlison bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Falcon-9   SpaceX  


Bizi "telegram"da izləyin