Yəmən qoşunları Hudeydə vilayətində irəliləyiblər

2018/01/DRHBL2EWAAAAt8F123123_1515434698.jpg
Oxunub: 1622     02:02     09 Yanvar 2018    
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstək verdiyi Yəmən qoşunları Hudeydə vilayətində irəliləyiş əldə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, BƏƏ hərbi hava qüvvələri Yəmən qoşunlarına havadan dəstək verərək, Taiz və Hudeydə arasındakı husi qiyamçılarının təchizat xəttini bağlayıb.

BƏƏ HHQ husi qiyamçılarının tədarük xəttini bağlayaraq onlarla qiyamçını ələ keçirib və bir neçə kəndi azad edib. Həmçinin xeyli sayda tank və hərbi nəqliyyat vasitəsinin də ələ keçirildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Husilər  


Bizi "telegram"da izləyin