Çin Əfqanıstan-Tacikistan sərhədində hərbi baza tikir

2018/01/9283183841_1f340b791d_o456456_1515417545.jpg
Oxunub: 2599     23:17     08 Yanvar 2018    
Çin Bədəxşan vilayətində Əfqanıstan Silahlı Qüvvələri üçün hərbi baza tikir.

Ordu.az xarici KiV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan ordusunun mətbuat katibi general Dövlət Vəziri bildirib.

O bildirib ki, yeni bazanın tikilməsi ilə bağlı plan keçən ay Pekində olan Əfqanıstan Müdafiə Nazirliyinin nümayəndə heyətinin səfəri zamanı hazırlanıb.

Görüşdə hər iki tərəf terrorla mübarizə də daxil olmaqla müxtəlif sahələr üzrə praqmatik əməkdaşlığın dərinləşdirilməsində, ölkələr arasındakı dövlət və hərbi əlaqələrin inkişafında maraqlı olduğunu açıqlayıb.

Vəziri qeyd edib ki, Çin silahlar, əsgərlər üçün uniformalar, hərbi ləvazimat və s. də daxil olmaqla bazada ehtiyac olan hər şeyi təmin edəcək.

Bunun Mərkəzi Asiya üçün önəmli təsirləri olacaq. Çünki, Tacikistan Çin-Əfqanıstan hərbi əməkdaşlığının ayrılmaz hissəsi kimi görünür. Bədəxşanın Çin ilə 76 kilometrlik qısa və maşınlar üçün keçilməz sərhədi var.

Çin, Əfqanıstan, Pakistan və Tacikistan Pekinin rəhbərlik etdiyi yeni bir təhlükəsizlik qrupu olan Dördtərəfli Əməkdaşlıq və Koordinasiya Mexanizminin üzvüdür. 2016-cı ildə qurulan təşkilat Rusiyanı vahiməyə salıb. Həmçinin, 2016-cı ildə Çin və Tacikistan Tacikistanın Bədəxşan sərhədində ilk birgə hərbi təlimlərini həyata keçirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Əfqanıstan   Hərbi-baza  


Bizi "telegram"da izləyin