“Flight International”: Azərbaycanın qırıcıları Ermənistanı geridə qoydu

2018/01/4145645645_1515417326.jpg
Oxunub: 1820     21:12     08 Yanvar 2018    
“Flight International” jurnalı dünya ölkələrinin hərbi hava qüvvələrinin 2018-ci ilə dair hesabatını açıqlayıb.

Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, reytinqdə 2831 hərbi təyyarə ilə ABŞ birinci yerdə qərarlaşıb. İkinci yerdə Rusiya (1547 təyyarə), üçüncü yerdə isə Çin (1527 təyyarə) yer alıb.

Hesabatda vurğulanıb ki, Azərbaycanın Hərbi Hava Qüvvələri Ermənistandan üstündür. Qeyd olunub ki, Azərbaycanın “MiQ -21”, “MiQ-29” və “SU-25” tipli qırıcı təyyarələri say baxımdan Ermənistanın sahibi olduğu təyyarələrdən qat-qat çoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan-Ermənistan   Qırıcılar  


Bizi "telegram"da izləyin