Yəməndə ərəb koalisiyasının iki təyyarəsi vurulub

2018/01/crop45645_1515415534.jpg
Oxunub: 1688     20:44     08 Yanvar 2018    
Yəməndə gün ərzində husi qiyamçıları Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının iki hərbi təyyarəsini vurublar.

Ordu.az IRNA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Yəmənin “Al Masir” informasiya portalı məlumat yayıb.

“Səna üzərində “hava-yer” raketi ilə F-15 qırıcısı vurulub. Axşam saatlarında isə Yəmənin şimal-qərbində - Kitaf şəhəri ərazisində Səudiyyə Ərəbistanının “Tornado” qırıcısı məhv edilib”, - deyə məlumatda bildirilir.

Öz növbəsində “Al Arabiya” telekanalı xəbər verir ki, ən azı bir təyyarə texniki nasazlıqlar səbəbilə qəzaya uğrayıb. Qırıcı husilərin nəzarətində olan əraziyə düşsə də, iki pilot sağ qalıb. Hərbçilər pilotların evakuasiyasını həyata keçirməyə müvəffəq olublar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   F-15   Koalisiya  


Bizi "telegram"da izləyin