Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri ikinci Tehran Təhlükəsizlik Konfransına qatılan İran xarici işlər naziri Məhəmməd Cavad Zərif səsləndirib.
“Regionu ən dəhşətli və çətin bir dövrə məruz qoyan ekstremizm məğlubiyyətə üz-üzədir. Tarixin ən qorxunc ekstremist ünsürü olan İŞİD artıq hərbi qüvvələrinin itirilməsi mərhələsinə qədəm qoyub. Təsadüfi deyil ki, İŞİD-in elan etdiyi “Xilafət” də artıq məhv edilib”, - deyə o bildirib.
“Suriya ilə İraq xalqı və hökuməti 6 il ərzində İŞİD-ə qarşı cəsur mübarizə apardılar və dəfələrlə qələbə qazandılar. Biz bu mübarizədə bu xalqlara dəstək verməkdən çox şadıq”, - deyə Zərif əlavə edib.
Ağalar Ağalarlı