Hərbi təsisatlar hələ də “Google Earth”də görünür

2018/01/asdfghsgfhfg15584-25_1515407431.jpg
Oxunub: 2165     18:31     08 Yanvar 2018    
“Belçika müdafiə naziri “Google”dan hərbi təsisatların səmadan görüntülərini bulandırmağı xahiş etsə də, belə ərazilər hələ də “Google”un xəritələrində görünür”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “The ACMP-CGPM” hərbi sindikatı xəbərdarlıq edib.

“F-16-ların yerləşdirildiyi “The Kleine Brogel” aviabazası xəritədə açıq şəkildə görünür. Pis niyyətli insanlar çox asanlıqla bazaya hücum hazırlaya bilər. “Google” sayəsində onlar bazanın planını təxmin edə bilərlər”, - deyə qeyd edilib.

Nazir Vandeput bildirib ki, o “Google”a hərbi bazaların dəqiq coğrafi koordinatlarını təqdim edib. Şirkət isə əvəzində artıq bu məsələ ilə bağlı tədbir görüldüyünü və həmin təsisatların ətrafındakı yolların şəkillərinin “Google Street View”da (“Google küçə görünüşü") qaralandığını söyləyib. Lakin “Google Earth”-dəki (“Google Yer”) səmadan görüntülərin arxasında özlərinin olmadığını və buna görə də həmin görüntüləri silə bilmədiklərini qeyd ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belçika   Google-Earth    


Bizi "telegram"da izləyin