NATO sessiyasında Gürcüstanın müdafiə islahatları müzakirə olunacaq

2018/01/gruziya_i_nato456456_1515403199.jpg
Oxunub: 4325     17:32     08 Yanvar 2018    
Yanvarın 16-sı və 17-də Brüsseldə keçiriləcək NATO hərbi komitəsinin növbəti sessiyasında Gürcüstanda həyata keçirilən müdafiə islahatları müzakirə olunacaq.

Ordu.az xəbər verir ki, bu barədə “Novosti-Qruziya” nərşi Alyansın mətbuat xidmətinə istinadən xəbər məlumat yayıb.

Alyansın baş qərargah rəhbərləri səviyyəsində keçirilən NATO ali hərbçi orqanının sayca 178-ci sessiyasına rəhbərliyi hərbi komitənin sədri, general Petr Pavel edəcək.

İclasında gündəliyində NATO Baş Qərargah rəhbərlərinin Gürcüstan və Ukraynadan olan həmkarlarıyla ayrıca görüşü də nəzərdə tutulub. Belə görüşlər çərçivəsində regionda təhlükəsizlik və müdafə islahatları müzakirə ediləcək.

“Gürcüstan ilə sessiya NATO-Gürcüstan əsaslı paketinin (Substantial NATO-Georgia Package – red.) realizəsi üçün bundan sonra da hərbi islahatların keçirilməsi və çıxış yollarına həsr ediləcək”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Gürcüstan  


Bizi "telegram"da izləyin