Suriyada 4 ardıcıl partlayış baş verib – 30 ölü, 70 yaralı

2018/01/462762334543_1515396543.jpg
Oxunub: 1814     15:28     08 Yanvar 2018    
Suriyanın İdlib şəhərində 4 ardıcıl partlayış baş verib.

Ordu.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Partlayış nəticəsində ən azı 30 nəfərin öldüyü, 70 nəfərin xəsarət aldığı bildirilir.

Partlayışlar şəhərin mərkəzində baş verib. Xəsarət alanlar xəstəxanaya çatdırılsa da, onların vəziyyətləri barədə məlumat verilmir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya-böhranı   İdlib  


Bizi "telegram"da izləyin