Tramp və Makron İranla KXDR-i müzakirə ediblər

2018/01/p_538260076456_1515394898.jpg
Oxunub: 3364     15:01     08 Yanvar 2018    
ABŞ və Fransa prezidentləri Donald Tramp və Emmanuel Makron telefon danışığı keçirərək Koreya yarımadasının nüvəsizləşdirilməsi və İrandakı etirazları müzakirə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Tramp fransız həmkarını Koreya yarımadasında hadisələrin inkişafından xəbərdar etmək, həmçinin Şimali Koreyanın tam nüvəsizləşdirilməsinə nail olmaq yönündə Amerika, Cənubi Koreya və beynəlxalq ictimaiyyətin cəhdlərini vurğulamaq istəyirdi.

“Prezidentlər həmçinin İranda kütləvi nümayişlərin İran rejiminin öz xalqının ehtiyaclarını qarışılamaq imkanında olmadığını, bunun əsas səbəbinin isə ölkə xaricində terrorizm və hərbi fəaliyyətin maliyyələşdirilməsindən ibarət olduğunu razılaşıblar”, - deyə məlumatda bildirilir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Fransa   İran  


Bizi "telegram"da izləyin