Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinini mətbuat xidməti məlumat yayıb.
“Ötən il ərzində motoatıcı və tank bölmələri artilleriya, zenit-raket, kəşfiyyat, mühəndis, o cümlədən tibbi bölmələrlə əməkdaşlıq şəraitində 200-dən çox taktiki, həmçinin beynəlxalq təlimdə iştirak edib, 3 mindən çox atış tapşırığı yerinə yetiriblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, təlimlər çərçivəsində müasir “Ratnik” təchizat dəstləri silahlanma və hərbi texnika, o cümlədən PUA-lar, “Azart” rabitə, RXM-6 kəşfiyyatı, “İnfauna” radioelektron mübarizə vasitələrindən istifadə olunub.
Ağalar Qəribov
Ordu.az