MKİ rəhbəri: “Rusiya yenidən ABŞ-da seçkilərə müdaxilə edə bilər”

2018/01/mobile_high-1i30567567_1515390294.jpg
Oxunub: 3621     13:42     08 Yanvar 2018    
“Rusiya hökuməti 2018-ci ilin noyabrında Birləşmiş Ştatlarda Konqres seçkiləri baş tutanda yenidən seçkilərə müdaxilə edə bilər”.

Ordu.az Telegraf.com.ua saytına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo bəyan edib.

“Reuters” agentliyi xəbər verir ki, CBS jurnalistinin “Moskva yenidən Amerikada seçkilərə qarışmaq cəhdləri edirmi?” sualına Pompeo “Bəli, onlar bunu onilliklər ərzində edirlər” deyə cavab verib.

MKİ rəhbəri əlavə edib ki, onu yalnız Rusiyanın deyil, digər ölkələrin də seçiklərə müdaxiləsi narahat edir. Bununla belə, Pompeo kimləri nəzərdə tutduğunu açıqlamayıb.

“Bizim Qərb demokratiyasını süquta uğratmağa çalışan xeyli sayda düşmənimiz var”, - deyə Pompeo bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKİ   Rusiya-ABŞ   Seçkilər  


Bizi "telegram"da izləyin