Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bazarın hazırkı dəyəri 4.7 milyard dollardır.
Bildirilir ki, daha yüngül və qabaqcıl daşınabilən elektron sistemlərə və kiçik PUA-lara tələbin artması, dünya ölkələrinin hərbi modernizasiya təşəbbüsləri portativ elektron sistemləri üçün tələbi artırıb.
2017-2027-ci illər arsında Şimali Amerikanın 37.8 %-lə bu bazara liderlik edəcəyi gözlənilir. İkinci yerdə isə 36 %-lik pay sahibliyi ilə Asiya-Sakit Okean region gələcək. Şimali Amerikanın xərcləmələrinin böyük hissəsini ABŞ-ın daşınabilən elektron sistemlərə etdiyi ümumi yatırımlar təşkil edəcək.
Qeyd edək ki, ABŞ-ın miniatür PUA-lara, gecəgörmə cihazlarına, MANPAD-lar və taktiki kommunikasiya sistemlərinə qarşıdakı illərdə daha çox vəsait ayrıcağı gözlənilir.
Ağalar Ağalarlı
Ordu.az