KXDR-ə xəbərdarlıq: ABŞ-ın yumruğu ilə müzakirələrə davam edəcəksiz

2018/01/Rex-Tillerson-11842578903_1515248456.jpg
Oxunub: 3995     23:11     06 Yanvar 2018    
ABŞ Şimali Koreyaya xəbərdarlıq edərək bildirib ki, əgər diplomatik danışıqlar nəticəsiz qalarsa, bu ölkə ABŞ-ın güclü hərbi cavabı ilə üzləşə bilər.

Ordu.az express.uk saytına istinadən xəbər verir ki, ABŞ dövlət katibi Reks Tillerson diplomatiyaya üstünlük verilsə də, zəruri olduğu halda hərbi güclə ona dəstək verilə bilər.

“Məncə KXDR-in anladığı danışıq tərzi elə budur. Prezident Donald Tramp da açıq şəkildə bildirdi ki, Şimali Koreyanın nüvə proqramını dayandırması üçün lazım olarsa, hərbi gücdən də istifadə edəcəyik. Əlbəttə ki, bu ilk seçim deyil. Lakin KXDR də bizim diplomatik səylərimizin başqa hansı vasitələrlə dəstəkləndiyini anlamalıdır”, - deyə Tillerson bildirib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Şimali-Koreya   Tillerson  


Bizi "telegram"da izləyin