Yəmən Baş Qərargah rəisi mina partlayışı nəticəsində yaralanıb

2018/01/Gen-al-aqeeli45645_1515238145.jpg
Oxunub: 3528     19:26     06 Yanvar 2018    
Əl-Cuf vilayətinə səfər edən Yəmən ordusunun Baş Qərargah rəisi mina partlayışı nəticəsində yaralanıb.

Ordu.az “Reuters” xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə yüksək rütbəli hökumət rəsmisi məlumat verib.

Məlumatda bildirilib ki, Yəmən ordusunun əl-Cuf vilayətinin ən böyük rayonu olan Xub və əl-Şəəfdəki mövqelərini yoxlamaq üçün əraziyə baş çəkən Baş Qərargah rəisi general Tahir əl-Aqili partlayış nəticəsində kiçik xəsarət alıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Mina-partlayışı  


Bizi "telegram"da izləyin