Tillerson: “KXDR rəhbərliyi yalnız sərt ritorikanı anlayır”

2018/01/345345_1515230432.jpg
Oxunub: 1993     17:20     06 Yanvar 2018    
“ABŞ prezidenti Donald Tramp KXDR-in ünvanına sərt ifadələrlə çıxış edir, çünki bu ölkənin rəhbərliyi yalnız bu cür ritorikanı anlayır”.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

“Hesab edirəm ki, bu ritorikanı Şimali Koreya anlayır”, - deyə Tillerson Trampın bu yaxınlarda “Twiter” sosial şəbəkəsindəki hesabında Kim Çen Inda olan nüvə düyməsindən onun da masası üzərində olmasını və bu düymənin işlədiyinə dair yerləşdirdiyi məlumatı şərh edərlən bildirib.

Tillerson qeyd edib ki, Trampın da bəyan etdiyi kimi, onların məqsədi diplomatik səylərlə Koreya yarımadasının nüvəsizləşdirilməsinə nail olmaq və əgər lazım gələrsə, güclü hərbi imkanlardan istifadə etməkdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   ABŞ-KXDR  


Bizi "telegram"da izləyin