Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Ceyms Mettis bəyan edib.
“Biz Pakistanla əməkdaşlığı davam etdiririk və əgər İslamabadın bizim kimi Pakistanın özü üçün də təhlükəli olan terrorçulara qarşı qətiyyəli addımlarının şahidi olsaq, yardımı yeniləcəyik”, - deyə Mettis bildirib.
Qeyd edək ki, cümə günü Pentaqon hərbi əməkdaşlıq idarəsinin nümayəndəsi Patrik Evans Pakistan üçün nəzərdə tutulan 900 milyon vəsaitin dondurulduğunu bəyan edib.
Ordu.az