Tillerson: “Rusiya ilə daha məhsuldar əlaqələrin qurulmasına zərurət var”

2018/01/46271173456_1515229938.jpg
Oxunub: 2558     17:43     06 Yanvar 2018    
“Vaşinqton və Moskva arasında əlaəqlər indi olduğu kimi gərgin yox, daha məhsuldar olmalıdır”.

Ordu.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.

Onun sözlərinə görə, ötən il ABŞ üçün Rusiya ilə əlaqələr baxımından gərgin il oldu.

“Mən aydın şəkildə deyirdim, prezident (Donald Tramp – red.) deyirdi ki, iki ölkə arasında daha məhsuldar əlaqələr olmalıdır”, - deyə Tillerson bildirib.

Dövlət katibinin sözlərinə görə, amerikalılar Rusiya ilə əlaqələrin gərgin olmasının səbəbini çox yaxşı başa düşürlər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tillerson   ABŞ-Rusiya  


Bizi "telegram"da izləyin