Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bazanın Quadar yaxınlığında olacağı ehtimal edilir.
“Çinin öz döyüş gəmiləri üçün Quadar yaxınlığında yeni bir bazaya ehtiyacı var. Çünki Quadar hal-hazırda mülki gəmi limanıdır. Hərbi və ticarət gəmiləri üçün ayrı-ayrı limanlar tikmək təcrübəsi geniş yayılıb. Çünki ticarət gəmiləri anbar və konteynerlər üçün daha böyük yerə, hərbi gəmilər isə çoxlu təmir və logistik xidmətə ehtiyac duyur”, - deyə məlumatda bildirilib.
Çin Xalq Azadlıq Ordusuna yaxın mənbələr tərəfindən də yeni bazanın tikilməsi ilə bağlı məlumatın təsdiqləndiyi bildirilir.
Ağalar Ağalarlı
Ordu.az