Ordu.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.
“Prezident deyib ki, o, ya bu planı düzəltmək, ya da ləğv etməyə hazırlaşır. İndi biz onun verdiyi sözü yerinə yetirməyə - planı dəyişdirməyə çalışırıq”, - deyə Tillerson bildirib.
O qeyd edib ki, Tramp administarasiyası Konqresin qanunvericilik məsələləri üzrə əsas simaları ilə İranın nüvə proqramına dair birgə fəaliyyət planı üzrə işlər aparır və artıq növbəti həftə razılaşmaya dəyişikliklər edilə bilər.
Ağalar Qəribov
Ordu.az