Türkiyə Avropa şirkətləri ilə birgə yeni RƏM sistemi hazırlayacaq

2018/01/345345_1515220178.jpg
Oxunub: 2552     14:29     06 Yanvar 2018    
Türkiyə bir neçə Avropa şirkəti ilə birgə şəkildə yeni raket əleyhinə müdafiə sistemi hazırlayacaq.

Ordu.az Türkiyə KİV-lərinə istiadən xəbər verir ki, bunun üçün Ankara franko-italyan “Eurosam” konserni ilə müqavilə imzalayıb.

Yeni yadarılacaq RƏM sisteminin görünməz təyyarələr, qanadlı və ballistik raketlərə qarşı mübarizə aparmaq təyinatlı olması planlaşdırılır.

Qeyd edək ki, bu müqavilə Paris şəhərində Fransa prezidenti Emmanuel Makron və Türkiy lideri Rəcəb Tayyib Ərdoğan arasında imzalanıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-Avropa   RƏM   Eurosam  


Bizi "telegram"da izləyin