Çin BMT TŞ iclasında İranın daxili işlərinə qarışmamağa çağırış edib

2018/01/462666464_1515219856.jpg
Oxunub: 2576     14:22     06 Yanvar 2018    
“BMT Təhlükəsizlik Şurası İranın daxili işlərinə qarışmamalı, həmçinin ölkədə insan hüquqlarının vəziyyətini müzakirə etməməlidir”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Çinin BMT-dəki daimi nümayəndəsi U Haytao Təhlükəsizlik Şurasında İrandakı etirazlarla əlaqədar olaraq ABŞ-ın soğrusu ilə çağırılan iclasda bəyan edib.

Onun sözlərinə görə, Çin İrandakı son hadisələri diqqətə alır, həmçinin İran rəhbərliyi və xalqının cəhdlərinin köməyi ilə İranın stabil olaraq qalacağına və inkişafa davam edəcəyinə inanır.

“İrandakı vəziyyət dünya ictimaiyyəti və təhlükəsizliyi üçün heç bir təhlükə daşımır, o cümlədən Təhlükəsizlik Şurasının gündəliyinə daxil edilməyib”, - deyə diplomat bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   BMT   İran  


Bizi "telegram"da izləyin