Hindistan donanması “Boeing” ilə 307 milyon dollarlıq müqavilə imzalayıb

2018/01/IMG-20180105-WA0022_1515179436.jpg
Oxunub: 3883     03:09     06 Yanvar 2018    
Hindistan Müdafiə Nazirliyi “Boeing” şirkəti ilə “Boeing P-8l Neptune” uzaq mənzilli çoxməqsədli göyərtə təyyarələrinin təqlid modelləri üçün 307,36 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə Hindistan donanmasının rəsmisi məlumat verib.

O bildirib ki, ABŞ mərkəzli kompaniya 10 il ərzində donanmanı P-8l təqlid modellərlə təmin edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Boeing  


Bizi "telegram"da izləyin