Ordu.az “South China Morning Post” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusuna yaxın mənbələr məlumat yayıb.
Təyyarə daşıyıcısının qurulması barədə qərar Çin rəhbərliyi tərəfindən 2017-ci ilin martında qəbul edilib.
Çin öz təhlükəsizliyini qlobal miqyasda təmin etməyə qadir hərbi dəniz donanması yaratmaq niyyətindədir.
Qeyd edək ki, hazırda Çin Xalq Azadlıq Ordusunun silahlanmasında cəmi bir təyyarə daşıyıcısı var və bu, 2012-ci ildə donanmaya daxil edilən Sovet istehsalı olan “Varyaq” kreyseridir.
İkinci təyyarə daşıyıcı isə donanmaya cari ilin sonlarında daxil olacaq.
Mənbələr iddia edirlər ki, CV-18 adlanan yeni təyyarə daşıyıcısı inkişaf etdirilmiş katapult sistemi ilə təchiz ediləcək. Bu isə mahhiyyət etibarilə uçuş zolağındakı tramplinin daha müasir versiyasıdır.
Ordu.az