ABŞ-ın sirli hərbi bazası - 51-ci zona

2018/01/siachen23423_1515225582.jpg
Oxunub: 3074     00:22     06 Yanvar 2018    
“Əgər nəzəriyyələrə inansaq, heç kimin bilməməli olduğu çox gizli bir havayolu var və bu havayolu birbaşa UNO-ların qaynar nöqtəsi olan 51-ci zonaya uçur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Janet”in Las Veqas aeroportundakı mərkəzindən havaya qalxan uçuşların uçuş cədvəlində göstərilmədiyi üzə çıxıb.

Turistlər uçuş zolağında qırmızı və ağ rəngli qırıcı təyyarələrin qalxdığını görsə də, uçuş cədvəlində onları tapmayıb bu uçuşların istiqaməti haqqında maraqlanmağa başlayıblar.

“Janet”in (Just Another Non-Exist Terminal – Sadəcə Hansısa Mövcud olmayan bir Terminal) ABŞ Hərbi Hava Qüvvələri tərəfindən idarə olunduğu və işçiləri Nevada çölündəki gizli sınaq zonasına götürmək üçün istifadə etdiyi bilinir.

Uçuş izləmə radarı bir çox konspirasiyaların diqqət mərkəzində olan Tonofadakı bir nüvə bazasına 45 dəqiqəlik XXX-lə başlayan seriyalı uçuşlar edildiyini göstərib.

Digər uçuşlar isə naməlum əraziləri uçur. Lakin çox adam bu naməlum yerin 51-ci zona olduğuna inanır.

Qeyd edək ki, bəzi nəzəriyyəçilər düşünür ki, sözügüdən bazada 1940-cı ildə qəza edən yadplanetlilərə məxsus kosmik gəminin qalıqları saxlanılır. “Janet”in uçuşlarında olmuş insanlardan heç birisinə onların hara getdikləri və nə iş gördükləri barədə məlumat vermələrinə icazə verilmir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   51-ci-zona   UNO  


Bizi "telegram"da izləyin