ABŞ-ın Banqkokdakı səfirliyi Birləşmiş Ştatların Tailandda silah anbarı tikməyə çalışdığını rədd etsə də, bəzi etibarlı mənbələr gəzən şayiələrin həm inandırıcı, həm də dəqiq olduğunu iddia edir.
Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Banqkok Post” qəzetinin 3 yanvar tarixli buraxılışının ön səhifəsində “ABŞ silah anbarı tikməyi düşünür” başlıqlı xəbər verilib.
Səfirliyin mətbuat katibi Ciliyan Bonnardonun sözlərinə görə bir müddət öncə başa çatdırılan 4-cü Müdafiə üzrə Strateji Danışıqlar (MSD) zamanı ABŞ belə bir təklif irəli sürməyib.
Qəzet isə iddia edir ki, Müdafiə Nazirliyindən sonuncu MSD danışıqlarında iştirak edən bir nəfər ABŞ Müdafiə Nazirliyinin ölkədə silah anbarı açmaq istədiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ABŞ
Tailand
Silah-anbarı