Hindistan donanmasının MİQ 29K təyyarəsi qəzaya uğrayıb

2018/01/345345_1515053334.jpg
Oxunub: 1455     16:06     04 Yanvar 2018    
Hindistan donanmasının MİQ 29K döyüş təyyarəsi nasazlıq səbəbindən hərəkət zolağından çıxıb və alovlanmağa başlayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Goa dəniz bazasında baş verən qəza zamanı təyyarənin təcrübəli pilotu təhlükəsiz şəkildə kabinəni tərk edib.

Hadisəyə görə, Goa bazasında planlaşdırılan əməliyyatlar təxminən 1 saat ərzində gecikib.

Donanmadan verilən məlumata görə, qəza səbəbi hələlik məlum deyil və araşdırma aparılır.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   MİQ-29K  


Bizi "telegram"da izləyin