Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu namizədlər Kevin Fahey və Uilyam Roperdir.
Ordunun Satınalma, Logistika və Texoloji sistem mühəndisliyinin keçmiş rəhbəri Kevin Fahey Müdafiə Nazirliyinin satınalmalar üzrə katibi vəzifəsinə gələcək.
Faheyin sonuncu vəzifəsi “Cypress İnternational”da döyüş maşınları və silahlar üzrə vitse-prezident olub.
Müdafiə Nazirliyi Strateji İmkanlar idarəsinin hazırkı rəhbəri Uilyam Roper isə Ağ Ev tərəfindən HHQ-nin satınalmalar üzrə köməkçi rəhbəri olacaq.
Roper daha əvvəl Raketdən Müdafiə Agentliyinin baş memarı, Massaçusets institunun Lincoln Texnologiya Laboratoriyasında milli təhlükəsizlik üzrə analitik və Müdafiə Nazirliyinin Satınalma, Logistika və Texologiya bölməsində müşavir vəzifələrində işləyib.
Hər iki vəzifə Senat tərəfindən təsdiqlənməlidir.
Ağalar Ağalarlı
Ordu.az