Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan hökumətindən məlumat verilib.
Məlumatda bildirilir ki, yol hərəkəti işarələrini hazırlamaq üçün gələn mülki komanda Hindistan qoşunları ilə üzləşdikdən sonra müxtəlif növ iş ləvazimatlarını da qoyaraq geri dönüblər. Kəndlilərin dediyinə görə, komandanın tərkibində uniformalı mülkilər olub.
Qeyd edək ki, hadisə Sikkim sektorunda Çinlə Hindistan qoşunları arasında baş verən 78 günlük Doklam soyuqluğundan 4 ay sonra baş verib.
Ağalar Ağalarlı
Ordu.az