Norveç BƏƏ-yə silah satışını dondurub

2018/01/24914_SAU-20150420-SAUDI-SOLDIERS-AP_151498734006843534_1515047839.jpg
Oxunub: 4365     14:35     04 Yanvar 2018    
Əbu-Dabinin Yəmən müharibəsi ilə bağlılığına görə Norveçdən BƏƏ-yə silah və sursatların ixracı dayandırılıb.

Ordu.az “TRTWorld”ə istinadən xəbər verir ki, Yəməndəki vəziyyəti dəyərləndirən Norveç bu addımın BƏƏ-yə xəbərdarlıq olaraq atıldığını bildirib.

Birləşmiş Ərəb Əmirliyi 2015-ci ildən etibarən Səudiyyə Ərəbistanının rəhbərliyində Yəməndə müharibəyə başlayan koalisiyanın üzvüdür.

Norveç xarici işlər naziri İne Eriksen Sorayde bildirib ki, Yəməndəki silahlı qarşıdurmanın 2017-ci ilin payızı üçün vəziyyəti humanitar fəlakətə yol açıb. Buna görə də Norveçin BƏƏ-yə silah və sursat satışı ilə bağlı hazırkı ixracat izni müvəqqəti olaraq ləğv edilib.

Birləşmiş Ərəb Əmirliyindən məsələ ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Qeyd edək ki, statistikalara görə Norveçin BƏƏ-yə silah ixracı 2015-ci ildə 5 milyon dollar, 2016-cı ildə isə 9.7 milyon dəyərində olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Norveç-BƏƏ   Yəmən   Silah-satışı  


Bizi "telegram"da izləyin