ABŞ-Pakistan münasibətləri gərginləşdi - Hərbi yardım donduruldu

2018/01/trump-hedef-tahtasina-bu-sefer-pakistan-i-koydu_9751043_31321_1514878676324_1514967613.jpg
Oxunub: 4384     15:54     02 Yanvar 2018    
Ağ Ev Birləşmiş Ştatların Pakistana verdiyi 255 milyon dollarlıq hərbi yardımı bir müddətlik dondurğunu təsdiqləyib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Ağ Ev yardımın bərpa edilməsinin Pakistanın öz ərazisində terrorizmə qarşı necə cavab verməsindən asılı olduğunu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dünən Pakistanı ittiham edərək, son 15 ildə bu dövlətə 33 milyard yardımın edildiyini, bunun qarşılığında isə Pakisanın ancaq yalan və saxtakarlıqla məşğul olduğunu, terrorçulara təhlükəsiz ərazi təmin etdiyini bildirib və buna görə də yardımı kəsdiyini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Pakistan   Tramp  


Bizi "telegram"da izləyin