Tadevosyan etiraz etdi: "Putin harada problem var ora silah satmaq olmaz deyib, lakin özü..."

2017/12/f1d04680b4549d7be124ff1a41cf464c324234_1514395567.jpg
Oxunub: 389     01:22     28 Dekabr 2017    
"Putin harada problem var ora silah satmaq olmaz deyib, lakin özü..."

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ehtiyatda olan general-mayor, "Komandos" ləqəbli Arkadi Ter-Tadevosyan deyib.

O, jurnalistin "Ermənistanın hərbi strateji müttəfiqi hesab edilən Rusiyanın Azərbaycana silah satmasını necə başa düşək?" sualına əsəbi şəkildə cavab verib.

"Bu, əlbəttə çox ağrılıdır, bu barədə prezidentimiz, deputatlarımız və çoxları deyiblər... Rusiya bunu edir. Biz Rusiyanın etdiklərini bəzən başa düşmürük. İndi Ukraynaya yarım milyard dəyərində silah verirlər və Putin harada problem var ora silah satmaq olmaz deyib, lakin özü... Buna görə də eybi yox".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-general   Rusiya-Azərbaycan  


Bizi "telegram"da izləyin