Ermənistanda "marqarin əməliyyatı" ciddi qarşıdurma yaradıb

2017/12/41565234234_1510814197_1514388920.jpg
Oxunub: 383     23:30     27 Dekabr 2017    
Ermənistan müdafiə nazirliyi və kənd təsərrüfatı arasında ciddi qarşıdurma yaranıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan kənd təsərrüfatı nazirliyinin ərzaq təhlükəsizliyi dövlət xidmətində İşxan Karapetyanın rəhbərlik etdiyi qruplaşmada ciddi qalmaqallar başlayıb.

Məlumata görə, bu barədə administrasiya rəhbəri Armen Mirzoyan da narazılıq edib. O, bildirib ki, bundan sonra İşxan Karapetyanın və Yeğişe Marqaryanın qanunsuzluqlarına göz yuman deyil. Nəticədə bu açıqlama ciddi qalmaqala səbəb olub.

Xatırladaq ki, cari ilin əvvəlində Ermənistandakı iki təşkilat xaricdən marqarin yağları idxal edərək, onu kərə yağı (14 ton) adı altında müdafiə nazirliyinə satıb. Cinayət işində, ərzaq təhlükəsizliyi dövlət xidmətinin və müdafiə nazirliyinin bir sıra yüksək rütbəli əməkdaşlarının adları keçir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Marqarin  


Bizi "telegram"da izləyin