Marqarin qalmaqalı davam edir: Vigen apellyasiya şurasına iddia qaldırdı

2017/12/234234234_1514365619.jpg
Oxunub: 549     17:10     27 Dekabr 2017    
Ermənistan müdafiə nazirliyi satınalma apellyasiya şurasına qarşı iddia qaldırıb.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hazırda Ermənistan müdafiə nazirliyinin təminatı ilə əlaqədar məhkəmə işləri sistematik xarakter alır.

Məlumata görə, baş verən "marqarin skandalı"ndan sonra Ermənistan müdafiə nazirliyi mənimsəmə faktlarından özünü sığortalamaq məqsədilə, dekabrın 25-də satınalma apellyasiya şurasına qarşı iddia qaldırıb.

Təsadüfi deyil ki, müdafiə nazirliyi məhkəmədən Ermənistan satınalma apellyasiya şurasının qiymətləndirmə komissiyasının protokollarının etibarsız hesab edilməsini tələb edib.

Xatırladaq ki, Ermənistan təhlükəsizlik xidməti təminatçı təşkilat tərəfindən müdafiə nazirliyinə kərə yağı əvəzinə marqarin idxal edilməsi barədə faktlar aşkar edib. Hazırda faktla bağlı araşdırma davam edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin