Ermənistanda "İqla əməliyyatı": Tiflis İrəvana kimi təhvil verdi?

2017/12/234234234_1514362597.jpg
Oxunub: 497     16:21     27 Dekabr 2017    
"İqla" tipli raketin gömrük qaçaqmalçılığına, onun qanunsuz dövriyyəsinə görə axtarışda olan şəxs, Robert Ağvanyan Gürcüstandan Ermənistana gətirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan və Gürcüstan prokurorluqları arasındakı əməkdaşlıq nəticəsində cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə "İqla" tipli raketin gömrük qaçaqmalçılığına, onun qanunsuz dövriyyəsinə görə axtarışda olan şəxs Robert Ağvanyan Gürcüstandan Ermənistana gətirilib.

Ermənistan höküməti nəzdindəki milli təhlükəsizlik xidmətinin istintaq idarəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində, Robert Ağvanyanın təqsirli olaraq həbs edilməsinə dair qərar qəbul olunub.

Ermənistan polisinin cinayət axtarış baş idarəsi, milli təhlükəsizlik xidməti əməkdaşları və Gürcüstan daxili işlər nazirliyinin kriminal polis mərkəzi departamentinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində R. Ağvanyan martın 27-də Tiflis şəhərində aşkar edilib.

Onun erməni hüquq mühafizə orqanlarına təhvil verilməsinə dair Ermənistan baş prokurorluğunun vasitəçiliyi təmin edilib və dekabrın 25-də o, Ermənistana gətirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sarkisyan   İqla   Samvel-Babayan  


Bizi "telegram"da izləyin