Bu barədə "Sasna Tsrer" təşkilatının mətbuat katibi Varujan Avetisyan məqaləsinin 6-cı hissəsində bildirib.
Ordu.az Varujan Avedisyanın məqaləsindən önəmli hissələri təqdim edir:
"Əgər Ermənistanda Rusiya hərbi bazası haqqında 16 mart 1995-ci il tarixindəki müqavilənin məqsədindən (11 noyabr 1997-ci ildə qüvvəyə minib) danışsaq, razılaşmaya əsasən 3-cü maddənin 2-ci bəndində göstərildiyi kimi, "Ermənistanda Rusiya hərbi bazası Rusiya Federasiyasının maraqlarını qorumaq funksiyasından başqa, dövr ərzində Ermənistan Silahlı Qüvvələri ilə birlikdə Ermənistanın təhlükəsizliyini təmin edir.
İlk baxışda, təbii, məntiqli və hətta etibarlı olan bu formul əslində müstəmləkəçiliyin açarıdır.
Bunun səbəbi Rusiya və Ermənistanın strateji maraqlarının üst-üstə düşməməsidir. Rusiya bölgəmizdəki maraqlarını yalnız bizim maraqların hesabına yerinə yetirə bilər. Əgər Rusiya hərbi təhlükəsizliyə ciddi zərurət hiss edirsə və həssasdırsa, Ermənistanda belə bir hərbi bazası kimi effektiv hərbi gücə malikdir. Düşünülmüş və ardıcıl olduğu halda, ona etibar edərək və onu özü üçün bir vasitə kimi istifadə etməklə, sonadək öz maraqlarını təmin edə bilər.
Hərbi bazaya əsaslanaraq Rusiya bizim təhlükəsizliyimizi təmin etmək adı altında erməni ordusu üzərində strateji idarəetməni ələ keçirmək məqsədilə öz planlarını həyata keçirir. Bu yolla erməni ordusunun kadr hazırlığı, peşəkar idaretmə, zəruri strateji məqsədlərə nail olma imkanından məhrum edir, öz hərbi siyasi istiqamətlərini müəyyən etməklə Ermənistanı müstəmləkə qarnizon vəziyyətində, daimi özündən asılı şəkildə saxlayır.
Hərbi bazanın hesabına faktiki olaraq Rusiya bizim hava hücumundan müdafiə sahəsini ələ keçirməyə, Türkiyə və Naxçıvan istiqamətindəki hərbi hissələri nəzarət altına almağa nail olub.
Bu qeydlərdən məlum olur ki, Ermənistanda Rusiya Federasiyasının hərbi bazası, rus müstəmləkəsinin iki qurumunun yaratdığı komponentlərdən biri, movcudluğu və fəaliyyəti, onun vasitəsilə həyata keçirilən rus siyasəti, bizi təhlükəsizliyə dair zəruri ehtiyaclarımıza dair müstəqil müdafiə-təhlükəsizlik sistemimizin olmasından, suveren milli dövlətçilikdən, gələcəyə sahib olmaq imkanından məhrum edir.
Rus hərbi bazası çıxarılmalıdır.
Bu proses iki qaydada həyata keçirilə bilər. Belə ki, mərhələli şəkildə hissə-hissə olaraq və ya birdəfəlik tam tərkibdə çıxarıla bilər.
Ermənistan tərəfdən hərbi bazanın bu yolla çıxarılması təklifi məcburi qaydada aşağıdakı tələblərə cavab verməlidir.
1. Rusiya tərəfi dərhal hərbi bazanın 3 elementindən (quru, kəşfiyyat və HHM, Aviasiya) ikisini quru və kəşfiyyat bölmələrini çıxarır, yalnız HHM və aviasiya qalır.
2. Müqavilənin icra müddətinə (müqavilədə dəyişikliklər edilməsi haqqında 5 nömrəli protokola əsasən 2046-cı ilədək, 5 illik müddətlərlə vaxtın uzadılması) yenidən baxılır. Bu əvvəlki müddətindən (2022-ci il) daha artıq müddət ola bilməz və müddəti artırıla bilməz.
3. Ermənistanda Rusiya bazasının yerləşməsinə imtiyazlı maliyyə şərtlərinə yenidən baxılır. Rusiya Federasiyası beynəlxalq standartlara uyğun ödəniş etməlidir.
4. Hərbi bazanın yerləşməsinə görə qarşılıqlı imtiyazlı öhdəliklərə yenidən baxılmaqla, bununla əlaqədar tərəflərin etdikləri və edəcəkləri nəzərə alınmaqla yenidən hesablanır.
Bununla yanaşı Rusiya tərəfi bu təklifləri rədd etdiyi halda hadisələrin istənilən inkişaf prosesinə hazır olmaq, belə olduğu təqdirdə Rusiyadan hərbi bazanı dərhal çıxarmağı tələb etmək və bu tələbin icra olunmasını təmin etmək lazımdır".
Alpər Mövludoğlu
Ordu.az