Ordu.az xəbər verir ki, bu barədə “Al Masdar” agentliyi məlumat yayıb.
Bildirilir ki, hazırda Suriya ordusu Muqar əl-Mir yaşayış məntəqəsinin yaxınlığındadır, qoşunun digər hissəsi isə hücuma keçib. Ordu terrorçuların özlərinə sığınacaq kimi istifadə etdiyi Tal Maktul yüksəkliyində nəzarəti bərpa edib.
Qeyd edilir ki, bu strateji yüksəkliyin ələ keçirilməsi ilə Suriya ordusu terrorçuları asanlıqla geri çəkilməyə vadar edə bilər.
Ağalar Qəribov
Ordu.az