Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
“Burada təqdim olunan işlərdən aydın şəkildə görünür ki, uşaqlar sülhü, yaşamağı, öyrənməyi, bütün dünyada müharibələrin olmamasını böyüklərdən daha çox arzulayırlar”, - deyə sərginin açılışında iştirak edən Hələb adminstrasiyasının nümayəndəsi Rəna Yusif bildirib.
Sərgi Suriyada fəaliyyət göstərən Rusiya Münaqişə Edən Tərəflərin Barışığı Mərkəzi tərəfindən təşkil olunub.
Sərginin açılışında bir dəqiqəlik sükutla müharibə qurbanlarının xatirəsi yad olunub.
“Biz müharibə istəmirik. Bizim nəslin qurucular, alimlər, həkimlər olması üçü sülh istəyirik”, - deyə sərgi iştirakçısı Məhəmməd Səid çıxış edib.
Sərgidə suriyalı uşaqların müharibə mövzusunda ən fərqli rəsm əsərləri nümayiş olunub.
Ağalar Qəribov
Ordu.az