Ordu.az xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib.
Mettis dekabrın 2-də Misirə səfər edərək prezident Əbdül Fəttah əs-Sisi və müdafiə və sənaye naziri Siqi Sübhi ilə görüşəcək.
Dekabrın 3-ü üçün Pentaqon rəhbərinin İordaniya səfəri planlaşdırılıb. Mettis burada kral II Abdullanın sədrik edəcəyi terrorizmə qarşı mübarizəyə dair iclasda iştirak edəcək.
Mettis dekabrın 4-də Pakistana səfər edərək baş nazir Şahid Hakan Abbasi və ölkənn hərbi rəhbərliyi ilə görüşəcək.
Pentaqon rəhbərinin səfəri dekabrın 5-i Küveyt əmiri Sabah əl-Əhməd əl-Caber əs-Sabah və digər yüksək çinli şəxslərlə görüşlə tamamlanacaq.
Xatırladaq ki, noyabrda Mettis Finlandiya, Belçika və Böyük Britaniyaya səfərlər gerçəkləşdirib, NATO-nun müdafiə nazirlərinin iştirakı ilə təşkil etdiyi iclasda iştirak edib.
Ağalar Qəribov
Ordu.az