Ermənistan elm və təhsil naziri Levon Mkrtçyan jurnalistlərə "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanun daha dəyişikliyə məruz qalmayacağını deyib.
Xatırladaq ki, 17 noyabrda "Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında" qanun ikinci oxunuşda və tam tərkibdə qəbul edilərkən, erməni parlamentinin rəhbərliyilə bina qarşısında etiraz aksiyası keçirən tələbələr arasında qanunda dəyişiklik edilməsinə dair müzakirələr aparılması haqqında razılıq əldə edilmişdi.
Erməni nazirin açıqlamalarından məlum olur ki, hakimiyyət elə o gündən etibarən tələbələrin başının altına yastıq qoyub. Noyabrın 29-da Serj Sarkisyan qalmaqallı qanun layihəsini imzaladı.
"Elmin inkişafı naminə" təşəbbüs qrupunun üzvü Davit Petrosyandan hazırda caavb tədbirləri ilə bağlı qəti bir mövqeyə gəlmədiklərini bildirib. O, yeni bəyanat üzərində iş apardıqlarını deyib.
Qeyd edək ki, qarşıya qoyulan tələblərə nail olmaq üçün tələbələrin böyük əksəriyyəti etiraz aksiyalarına yenidən başlamağın tərəfdarıdırlar.
Alpər Mövludoğlu
Ordu.az