Rusiya Qafqazda HHM kompleksləri yerləşdirdi

2017/12/or-3821045645_1512108566.jpg
Oxunub: 508     14:08     01 Dekabr 2017    
Cənub Hərbi Dairəsinin döyüş növbətçiliyinə S-300V4 zenit raket sistemi və “Buk-M3” zenit raket kompleksləri təhvil verilib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsi mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bəyan edib.

“Hava sərhədlərinin və strateji baxımdan mühüm obyektlərin döyüş növbətçiliyi üçün hava hücumundan müdafiə bölmələrinə S-300V4 zenit raket sistemi və “Buk-M3” zenit raket kompleksləri təhvil verilib. Komplekslərin mövqeləri Şimali Qafqaz regionunda yerləşir”, - deyə Astafyev bildirib.

Komplekslərin döyüş növbətçiliyinə daxil olmasına qədər Astarxan vilayətinin poliqonunda hərbi xidmətçilər döyüş atışları proqramı və yeni silahlanma üzrə kursu uğurla həyata keçiriblər.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   HHM   Buk-M3  


Bizi "telegram"da izləyin