Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün bir qrup çoxsaylı ailə Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları "Çoxsaylı ailələr haqqında" qanun layihəsində dəyişiklik edilməsini tələb ediblər.
"Biz çoxsaylı ailələrə faizsiz və ya ən azı bir illik güzəştlə işgüzar kreditlər, biznes imkanları verilməsini təklif edirik. Bu, çoxsaylı ailələr üçün böyük imkanlar yaradar. Biz də 10-dan çox uşağı olan ailələrin uşaqlarının orduda pulla xidmət etmələrini istəyirik. Həmçinin təklif edirik ki, çoxsaylı ailələr üçün mənzillər təmin etsinlər", - deyə aksiya iştirakçılarından Xaçatur Marozyan bildirib.
O, təkliflərin hökumətə təqdim edildiyini, lakin hələ cavab almadıqlarını bildirib.
Alpər Mövludoğlu
Ordu.az