Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasda üzv dövlətlərin rəhbərləri, Təhlükəsizlik Şuralarının katibləri, xarici işlər nazirləri və müdafiə nazirləri iştirak edirlər.
İclas zamanı beynəlxalq terrorizm, narkotik maddə ticarəti və qeyri-qanuni miqrasiya məsələləri ilə bağlı KTMT-də birgə mübarizə məsələləri müzakirə olunacaq.
İclas çərçivəsində Belarus Respublikasına rəsmi səfərdə olan Ermənistan müdafiə naziri Vigen Sarkisyan Rusiya müdafiə naziri Sergey Şoyqu da daxil olmaqla KTMT üzv ölkələrindən olan həmkarları ilə görüşlər keçirib.
Alpər Mövludoğlu
Ordu.az