Erməni müxalifətçidən sərt təpki: "Vigenin əlləri bir qadın cərrahın əllərindən daha zərifdir"

2017/11/karen-karapetyan-vigen-sargsyan3453_1511966197.jpg
Oxunub: 457     22:31     29 Noyabr 2017    
"Elə bir ölkədə yaşayırıq ki, burda müdafiə nazirinin əlləri bir qadın cərrahın əllərindən daha zərifdir".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün İrəvan şəhər merinin şura iclasında "Yelk" fraksiyası İrəvanda Monte Melkonyanın adına küçə verilməsinə dair təşəbbüslərinə iqtidar Respublikaçılar fraksiyasını pay əli uzatmaqda ittiham edib.

"Yelk" nümayəndəsi İrəvan şəhər meri Taron Marqaryana şəhərdəki küçələrdən birinə Monte Melkonyanın adının verilməsi ilə bağlı təşəbbüslərinə qarşı olduğunu, ancaq indi bizim təşəbbüsə sahib çıxmağa başladığını irad bildirərək, Taron Marqaryanı ittiham edib.

Taron Marqaryan cavabında qeyd edib ki, biz araşdırdıq və başa düşdük ki, Monte Melkonyan adına küçə olması zəruridir.

Şuranın "Yerkir Tsirani" fraksiyasından olan Marina Xaçatryan isə Melkonyanın adının kənarda yerləşən küçələrdən birinə verilməsi yolverilməz olduğunu bildirərək etiraz edib.

"Biz elə bir ölkədə yaşayırıq ki, burda müdafiə nazirinin əlləri, bir qadın cərrahın əllərindən daha zərif və yumşaqdır. Ancaq Monte Melkonyanı hamı tanıyır", - deyə Marina Xaçatryan etiraz edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan  


Bizi "telegram"da izləyin