Vigen Sarkisyandan yeni "Azatamardik" layihəsi - DETALLAR

2017/11/vigen-sargsyan2234234_1511962933.jpg
Oxunub: 427     21:38     29 Noyabr 2017    
Ermənistan müdafiə naziri orden və medallar verilməsi qaydalarını dəyişdirib

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu ayın əvvəlindən etibarən Ermənistan müdafiə naziri Vigen Sarkisyan rəhbərlik etdiyi qurum tərəfindən Qarabağ müharibəsində iştirak edən keçmiş döyüşçülərə orden və medallar verilməsi qaydalarını dəyişdirib.

Vigen Sarkisyan qərarın dəyişdirilməsi ilə ona qarşı birləşən keçmiş döyüşçüləri neytrallaşdımaq, özünə qarşı formalaşan təhlükəni aradan qaldırmaq niyyətindədir.

Qeyd edək ki, daha öncə keçmiş döyüşçülərin mükafatlandırılması və təltif edilməsi müdafiə nazirliyi ilə əməkdaşlıq edən ictimai təşkilatların vasitəçiliyi və zəmanəti ilə həyata keçirilirdi. İctimai təşkilatlar təklif edilən döyüşçünün döyüş yolunu və tərcümeyi halını təqdim edir, müdafiə nazirliyi isə həvəsləndirilməsi barədə qərar qəbul edirdi.

Hazırda ictimai təşkilatlar hər hansı keçmiş döyüşçünü mükafatlandırmaya təqdim etmək üçün, tələb olunan sənədlərdən başqa 3 nəfər tərəfindən verilən zəmanət sənədi təqdim etməlidir. Zəmanət verən şəxslər, tanınmış ictimai xadim, deputat, yüksək vəzifəli din xadimi və s ola bilər. Praktiki olaraq belə çıxır ki, kim istəsə zəmanət verə bilər, onu qəbul etmək və ya etməmək haqqında qərarı Vigen Sarkisyan verəcək. Medal alanın isə, artıq nə dərəcədə doğrudan da keçmiş döyüşçü olub-olmadığı əhəmiyyət daşımır.

Nəticədə, Vigen Sarkisyan yeni qərarlarla prosesi daha da sadələşdirib və "veteran sənədi" almaq istəyən şəxslərin qarşısındakı əngəlləri qaldırıb. Bununla da erməni nazir Ermənistanda hazırda müzakirə edilən, qalmaqallı hərbi xidmətlə bağlı layihələrin keçmiş döyüşçülər tərəfindən dəstəklənməsinə ümid edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Erməni-ordusu   Vigen-Sarkisyan  


Bizi "telegram"da izləyin